...

Müxalifət partiyalarının beynəlxalq qurumlarla əlaqələrinə dair proqram hazırlanacaq

Siyasət Materials 22 Avqust 2007 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Müxalifət partiyalarının beynəlxalq təşkilatlarla əlaqələrini nəzərdə tutan proqram hazırlanması nəzərdə tutulur. Bu barədə çərşənbə günü Trend ə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu məlumat verib.

Bir neçə müxalifət partiyasının təmsil olunduğu məşvərət qurumu müxalifətin beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndirilməsi məsələsini müzakirə edir. Bununla bağlı çərşənbə axşamı Müsavat, ADP, ASDP, AMİP, Tərəqqi partiyalarının artıq bir görüşü keçirilib, növbəti toplantı sentyabrın ortalarında olacaq.

Cəlaloğlunun sözlərinə görə, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanda gedən ictimai-siyasi proseslərə, demokratiyanın inkişafına dəstəyini təmin etmək üçün həmin qurumlarla əlaqələri olan təşkilatların fəaliyyəti koordinasiya ediləcək: "Beynəlxalq təşkilatların Azərbaycandakı ictimai-siyasi proseslərlə bağlı mövqeyi bizi qane etmir. Əgər onlar Azərbaycanla bağlı yetərli fəaliyyət göstərsəydilər, ölkədə demokratiya, insan haqları sahəsində problemlər olmazdı" - deyə Cəlaloğlu bildirib.

Onun sözlərinə görə, hazırlanacaq yeni proqramda beynəlxalq qurumların Azərbaycanla bağlı görməli olduğu işlər, vəzifələri göstəriləcək.

Xəbər lenti

Xəbər lenti