...

Sərdar Cəlaloğlu: "Azərbaycanın müxalifət düşərgəsində böyük bir qüvvə real siyasi dialoqun qəti əleyhinədir"

Siyasət Materials 11 Sentyabr 2007 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın müxalifət düşərgəsində böyük bir qüvvə real siyasi dialoqun qəti əleyhinədir. Bu məsələdə vahid mövqe olmadığından iqtidar-müxalifət dialoqu baş tutmur. Bu bəyanatla çərşənbə axşamı Trend ə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu çıxış edib.

"Müxalifətin siyasi dialoqda səmimi tərəf kimi çıxış etməsi şübhə altındadır" - deyə Cəlaloğlu bildirib.

ADP bir neçə ay öncə iqtidar-müxalifət dialoqunun keçirilməsi təklifi ilə çıxış edib və bununla bağlı hakim Yeni Azərbaycan Partiyasına (YAP) müraciət edib. Son illər dialoqun keçirilməsinə cəhdlər olsa da, hələlik bu, baş tutmayıb.

Cəlaloğlu hesab edir ki, həm iqtidar, həm də müxalifətdə müəyyən siyasi qüvvələr siyasi dialoq fəlsəfəsini düzgün qavramadığından, proses baş tutmur. "Siyasi dialoq çox çətin, mürəkkəb prosedurdur. İqtidarda yüksək məmurlar da dialoqla bağlı xoşməramlı açıqlamalar verib. Görünür, iqtidarın özündə konservativ rəy, insanlar kifayət qədər güclüdür və müxalifət düşərgəsində gərginliyin qalması müəyyən dairələrin xeyrinədir. Ona görə də hətta birinci şəxsin dialoqa hazır olması ilə bağlı bəyanatından uzun müddət keçsə də, bu istiqamətdə hər hansı addım atılmayıb" -deyə ADP sədri əlavə edib.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar.

Xəbər lenti

Xəbər lenti