...

"Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" adlı kitab işıq üzü görüb

Cəmiyyət Materials 3 Oktyabr 2007 13:30 (UTC +04:00)
"Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" adlı kitab işıq üzü görüb

Azerbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Azərbaycan Xarici İşlər Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən hazırlanan "Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması" adlı kitab işıq üzü görüb.

Yeni nəşrdə Ermənistanın Azərbaycana qarşı məqsədyönlü təcavüzkar siyasəti və onun nəticələri barədə danışılır. Kitabda Ermənistanın işğal olunmuş torpaqlarda Azərbaycana məxsus izlərin silinməsinə yönəlmiş fəaliyyəti təsvir olunur. Kitab erməni vandalizmi nəticəsində məhv edilən mədəni sərvətlərimiz haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədi ilə nəşr edilib.

Nəşrə işğal olunmuş ərazilərimiz, Ermənistandakı tarixi və mədəniyyət abidələrimiz haqqında materiallar, o cümlədən onların işğaldan əvvəlki və sonrakı vəziyyətini əks etdirən foto və kosmik şəkillər daxil edilib.

Kitabda, həmçinin tarixi və mədəniyyət abidələrimizin siyahısı, şəkillərdən ibarət albom, sənədli film və onlar haqqında kompakt disk yer alıb.

O cümlədən xüsusi İnternet saytı: www yaradılıb.

Xəbər lenti

Xəbər lenti