Azərbaycan, Bakı, 9 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/
Deyəsən, bugünki xəbərlərimiz ancaq müğənnilərimizin soyunması ilə bağlı olacaq. Maraqlısı ondadır ki, həmişə abır-həyadan, çərçivəli davranışdan danışan sənətçilərimiz, kef məclislərinə düşəndə dediklərini unudub, əsl simalarını ortaya qoyurlar. Deməzdim ki, bu sadaladıqlarımı bütünlüklə müğənni Ziyafət Yaqubovaya şamil etmək olar. Ancaq, onun da açıq-saçıq şəkillər çəkdirməyə həvəs göstərdiyini görüb, bu istəyinin haradan qaynaqlandığını öyrəndik: "Hər şey bir jurnal layihəsindən başladı. Mən deməzdim ki, əynimdə-əynimlə şəkillər çəkdirdim, bu ampluadan çıxış etməyi heç də özümə yaraşdırmıram. Çünki, utanıram. Sözlərimi səmimi qəbul edin. Hər dəfə bir addım atanda gözlərim önündə ölkəmizin birinci ledisi Mehrian xanım Əliyeva canlanır. Elə bil ondan çox utanıram".
Adını dəyişib, şou-dünyasında Ziya Yaqub kimi tanınmaq fikrində olduğunu söyləyən müğənni, daha sonra görün özünə necə haqq qazandırdı: "O biri sənətçilərlə müqayisədə mənim şəklim toya getməlidir. Əvvəla ayağımda corab var. Bir də ki, əgər qadın gözəldirsə, nədən bununla fəxr etməsin?".
Ziya Yaqub qoy fəxr etməyində olsun, biz isə digər şok məlumatımızı yazmaqda.