...

Gürcüstanın pravoslav kilsəsi Azərbaycanda kilsənin bağlanması ilə əlaqədar yaranan problemin həll olunacağına ümid edir

Cəmiyyət Materials 20 Oktyabr 2007 15:29 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend N.Kirtsxaliya/ Gürcüstanın pravoslav kilsəsi ,Azərbaycan Qax rayonu ərzində yerləşən və Gürcüstanın Azərbaycan ərazisində yeganə kilsəsinin bağlanması ilə əlaqədar yaranan problemin tezliklə həll olunacağına inanır. "Hər iki dövlətin rəhbərləri və dini liderləri arasında konstruktiv və dostluq münasibətləri iki ölkə arasında mövcud olan, həmçinin, Kurmux kilsəsi ilə əlaqədar yaranan problemlərin yaxın zamanlarda həll olunacağına ümid verir" - deyə Gürcüstan Patriarxlığının bu gün yayılan məlumatında bildirilir.

Bazar ertəsi Gürcüstan KİV-i Azərbaycanın Qax rayonunun Kurmux kəndində yerləşən Müqəddəs Giorgi kilsəsinin bağlanması barədə məlumat yayıb. Azərbaycan XİN-nin mətbuat katibi Xəzər İbrahim jurnalistlərin yaydığı bu məlumatları təkzib edib. Bir gün bundan öncə Gürcustanın mədəniyyət və idman naziri Giorgi Qabaşvili bəyan edib ki, bu məsələni Azərbaycanın mədəniyyət və turizm naziri ilə müzakirə edib və azərbaycanlı nazir bu məsələni həll edəcəyinə söz verib.

Gürcüstan Patğriarxlığının məlumatında bildirilir ki, Gürcüstan Azərbaycanın Qax rayonunun Kurmux kəndində yerdəşən kilsənin bağlanmasına təəssüflənir və hesab edir ki, problem mütləq həll olunmalıdır.

"Qeyd etmək istəyirik ki, iki dövlət arasında çoxdan bəri qurulan münasibətlər böyük əhəmiyyət kəsb edir və bü gün biz bu münasibətlərə böyük önəm verməkdə davam edirik" - deyə Patriarxlığın rəsmi məlumatında bildirilir.

Xəbər lenti

Xəbər lenti