...

Azərbaycan cüdoçuları Kislovodskda toplanış keçirəcəklər

Cəmiyyət Materials 11 Noyabr 2007 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir B.Məmmədov/ Azərbaycan cüdoçularının 2007-ci ildə son təlim-məşq toplanışının vaxtı müəyyənləşdirilmişdir. Dekabrın 15-də ölkənin yığma komandası baş məşqçi Aqayar Axundzadənin rəhbərliyi altında Kislovodsk şəhərinə yola düşəcək.

Məşqçilər qərargahının əsas vəzifəsi olimpiya lisenziyasına başlıca namizədləri mövsümün yeni startlarına hazırlamaqdan və onları yeni keyfiyyət səviyyəsinə yüksəltməkdən ibarətdir.

Qeyd edək ki, artıq yanvarda Azərbaycanın tatami ustalarını ilk turnir gözləyir. Bu zaman onlar dordilliyin baş startına yolda öz xal ehtiyatına yeni əlavələr edə biləcəklər.

Xəbər lenti

Xəbər lenti