...

KİV polis və vətəndaş cəmiyyəti arasında münasibətlərin tənzimlənməsində mühüm rol oynayır - ATƏT(video)

Cəmiyyət Materials 17 Dekabr 2007 16:10 (UTC +04:00)
KİV polis və vətəndaş cəmiyyəti arasında münasibətlərin tənzimlənməsində mühüm rol oynayır - ATƏT(video)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Kütləvi İnformasiya Vasitələri polis və vətəndaş cəmiyyəti arasında münasibətlərin tənzimlənməsində mühüm rol oynayır. Bu barədə bazar ertəsi Trend ə ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Ansola Herrero məlumat verib.

Herreronun sözlərinə görə, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da respublikanın hüquq mühafizə orqanları və vətəndaş cəmiyyəti arasında münasibətlərdə problemlər mövcuddur. "Tərəflərin öz öhdəliklərini və vəzifələrini aydın başa düşməsi mühümdür" - deyə Herrero qeyd edib.

Herreronun sözlərinə görə, polis güc orqanı deyil, qanuna əməl edən strukturdur. "ATƏT polis əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılmasında Azərbaycana kömək etməyə hazırdır" - deyə Herrero əlavə edib.

Xəbər lenti

Xəbər lenti