...

Mədəni diplomatiya, əlaqələrin və humanitar əməkdaşlığın əsas tərkib hissəsidir – Azərbaycanın RF səfirliyinin məsləhətçisi

Cəmiyyət Materials 13 Fevral 2008 01:58 (UTC +04:00)
Mədəni diplomatiya, əlaqələrin və humanitar əməkdaşlığın əsas tərkib hissəsidir – Azərbaycanın RF səfirliyinin məsləhətçisi

Rusiya, Moskva, 12 fevral / müxbir Trend R.Ağayev / Mədəni diplomatiya, əlaqələrin və humanitar əməkdaşlığın əsas tərkib hissəsidir. Azərbaycan-rusiya münasibətlərinin əlverişli, dostluq fonu vardır və biz çalışırıq ki, bu münasibətləri mədəniyyət sahəsində, təhsildə, qender və gənclər siyasətində inkişav etdirək və intensivləşdirək. Bu bəyanatla Azərbaycan Respublikasının Rusiya Felerasiyasında səfirliyinin humanitar məsələlər üzrə məsləhətçisi Nigar Axundova Moskva-Bakı video-körpüsü zamanı "Bir-birini yaxşı başa düşmək üçün rus dilini Azərbaycanda, azərbaycan dilini isə Rusiyada öyrənmək lazımdır" mövzusunda çıxış etmişdmir.

Nigar Axundova qeyd edib ki, azərbaycanlı tələbələrin böyük bir hissəsi Rusiyada təhsil alır. Onun sözlərinə görə, Azərbaycanın prezidentinin xaricdə təhsil alan tələbələrinən bağlı fərmanına əsasən artma gözlənilir. Rusiyanın ən yaxşı Ali məktəblərini seçən tələbələr gələcək, çünki bu proqramm prezident fondu tərəfindən maliyyələşdirilir. "Bizim üçün ən yaxşı faktlardan biri odur ki, Moskva Dövlət Dilçilik Universiteti (MDDU) yanında azərbaycan dilini öyrənmək üçün fakültə açılıb. Mən demək istərdim ki, tələbələr orada tək azərbaycan dilini yox, öz talelərini də Azərbaycanla bağlayırlar. "Azərbaycan" anlayışı bizim üçün necə yaxındır və başadüşüləndirsə onlar üçün də o belə olacaq", - dey səfirliyin məsləhətçisi vurğuladı.

MDDU-nun rektoru İrina Xaleevaya və Ali məktəbin prefessoru Bella Musaevaya öz minnətdarlığını bildirdi.Axundovanın sözlərinə görə səfirlik hər zaman bu prosesə öz köməyini əsirgəməyəcək, ona görə ki, uşaqlar Azərbaycanı sevsinlər.

Diplomatın fikirincə, azərbaycan dilinin Rusiyada öyrənilməsinə çox böyük tələbat var. "Bizdə çox aktiv səfirliyin saytı işləyir və biz azərbaycan dilinin harada öyrənmək olar sualı ilə çox sayda məktublar alırıq. Bu müraciətlə tək etnik azərbaycanlılar yox həmdə rusiyalılar müraciət edirlər",- deyə Nigar Axundova əlavə etdi.

"Biz həmişə demişik ki, Azərbaycan və Rusiya strateji müttəfiqdirlər. Mən fikirləşirəm ki, bizim strateji əlaqələrimiz dil əlaqələrində də özünü bir üzə verməlidir. Çünki turizm, iqtisadiyyat və mədəniyyət ilə bağlı bəzi insanlar dili öyrənməklə bu sahələrdə uğürlar əldə etmək istəyirlər. Biz bu istəyi tam dəstəkləyirik və Bakı Slovyan Universitetinin (BSU) rektoru Kamal Abdullayevin MDDU-nun yanında Azərbaycan mədəniyyət Mərkəzinin yaradılması təşəbbüsünü dəstəkləyirik", - deyə diplomat qeyd etdi. BSU rektorunun sözlərinə görə, onun rəhbərlik etdiyi universitetin yanında Moskva şəhərinin meri Yuri Lujkov tərəfindən BSU hədiyyə olunan xüsusi moskva auditoriyası vardır.

Axundovanın sözlərinə görə, bu ideyanın dəstəyində həm səfirlik həm də Heydər Əliyev Fondunun rusiya nümayəndəliyidə maraqlıdır. "Rusiyalı oxucu Azərbaycanla tanışlığı ədəbiyyatın köməyi ilə etmək istəyir. Bu nöqteyi nəzərdən, BSU rektorunun azərbaycan ədəbiyyatı barədə kitabın çapı təqdirə layiq sayılır.

Qeyd edim ki, Rusiyada "Digər sahillırdə" ("İnıe bereqa") rus mədəniyyəti və rus dili haqqında jurnal buraxılır. Jurnalın bir nömrəsi bizim tanınmış soydaşımız Rüstəm İbrahimbəyova həsr olunmuşdur. Biz nə üçün elə jurnal buraxa bilmərik?", - səfirliyin məsləhətçisi deyib.

Nigar Axundovanın fikirincə, rusiyalı oxucu üçün ən yaxşı hədiyyə Rusiyada işıq üzü görən "Bakı" ("Baku") jurnalı oldu. Bu jurnal Leyla Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rusiya nümayəndəliyinin məhsuludur.

BSU rektoru Kamal Abdullayev MDDU azərbaycanşunaslıq istiqamətinin alqışladı. Onun fikirincə, MDDU yanında türkçülük bazası yaradılır. O, onuda qeyd etdi ki, Azərbaycanda rus dilinə və ədəbiyyata böyük önəm verilir və bu azərbaycanlıların milli maraqlarına uyğun gəlir.

BSU tədris sahəsi üzrə prorektor Asif Hacıyev dedi ki, Azərbaycanda və Rusiyada dövran dəyişilib, lakin

Azərbaycanda rus dilinə tələbat qalmaqdadır.

Rusiya kanallarının yayımının dayandırılmasına gəldikdə, BSU rektorunun fikirincə, bu yaxınlarda həllini tapacaq sırf ticarət xarakterli məsələdir. "Bizdə 400 məktəbdən artıq rus məktəbi var, qalanlarında isə rus dili xarici dil kimi öyrənilir. Biz BSU-da jurnalist, filoloq və beynəlxalq hüquq mütəxəsisi hazırlayırıq və rus dilində çox sayda kitab və jurnal buraxırıq. BSU yanında fəaliyyət göstərən xüsusi labaratoriya bədii və digər ədəbiyyatın tərcüməsi ilə məşğuldur. Rus dilinə münasibət ölkələrimiz arasında olan münasibətlərin səviyyəsi ilə müəyyən edilir", - deyə Hacıyev vurğuladı.

MDDU rektoru İrina Xaleeva bildirdi ki, 2000-ci ildən universitet MDB ölkələri dillərinin öyrənilməsi Mərkəzinin yaradılması ilə məşğuldur. Onun sözlərinə görə, MDDU belorus, qazax, ukrayna dilləri ilə tələbələrin buraxılması baş tutub. Bu il isə gürcü, moldova, tacik və türkmən dillərinin öyrənilməsi fakültələrinin açılışı planlaşdırılır. Xaleeva Azərbaycan dilinin öyrənilməsi Mərkəzinin yaradılmasının vacibliyini vurğulayıb. "Biz, İslam mədəniyyət Mərkəzinin yaratmasını planlaşdırırıq və bu səbəbdən bizim üçün azərbaycanın dili, azərbaycanın mədəniyyəti, azərbaycanın dini böyük rol oynayırlar. Prezidentin göstərişinə əsasən Rusiyanın İslam universiteti yaradılacaq. Həmçinin azərbaycan dili dərsliyinə böyük ehtiyac var", - deyə MDDU rektoru qeyd etdi.

MDDU azərbaycan dilindən dərs deyən Bella Musayevanın sözlərinə görə, azərbaycan dilinin xarici dil kimi imtahana salınması xoşagələn aspektlərdən biridir. "Bizim qrupumuz dili bir həftədir ki, öyrənir, lakin bir neçə ay biz azərbaycanın icması tərəfindən keçirilən tədbirlərə qoşulmağa və səfirliyinən əməkdaşlığa sərf etmişik", - deyə Musayeva qeyd etdi.

BSU tələbəsi Anna Mixaylova və MDDU tələbəsi Olqa Kuraş video-körpü vasitəsilə azərbaycan dili ilə bağlı təəssüratları ilə bölüşdülər. MDDU tələbələrinin Səməd Vurğunun "Azərbaycan" poemasından rübaisini azərbaycan dilində oxumaları daha çox effekt verdi.

Xəbər lenti

Xəbər lenti