...

İsrailin Rişon Le Tsion şəhərinin parklarında Azərbaycan bayrağı ucaldılıb

Cəmiyyət Materials 23 Fevral 2008 14:15 (UTC +04:00)
İsrailin Rişon Le Tsion şəhərinin parklarında Azərbaycan bayrağı ucaldılıb

İsrail, Qüds, 23 fevral / " , müxbir R.Abdullayev / Rişon Le Tsion şəhərində (İsrailin mərkəzi) Xolokosta zamanı həlak olan yəhudi uşaqların Xatirə parkında və Liderlər Parkında Azərbaycan bayrağı ucaldılıb. Bayrağın ucaldılması mərasimində Rişon Le Tsionun meri Meir Nitsan, İsrail Azərbaycanlıları Konqresinin prezidenti Aleks Şapiro-Suliman və Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin sədri İsmayıl Ağayevin başçılığı altında nümayəndə heyəti iştirak edib.

Rişon Le Tsion şəhərinin iqamətgahında keçirilən görüş zamanı Nitsan Azərbaycan və İsrail arasında qarşılıqlı əlaqələrin hazırkı səviyyəsini yüksək qiymətləndirib. Mer qeyd edib ki, Azərbaycana və tolerantlığın əla nümunəsini nümayiş etdirən Azərbaycan xalqına hörmət edir. "Azərbaycanda heç vaxtı antisemitizm olmayıb və yəhudilər azərbaycanlılarla hər zaman dostluqda və anlayışda yaşayıblar. Mən tolerantlıq güşəsi olan - Azərbaycanın Quba rayonuna baş çəkəndə buna əmin oldum" - Rişon Le Tsion meri qeyd edib. O, Azərbaycan və İsrail arasında qarşılıqlı əlaqələrin inkişafına göstərdiyi səylərinə görə şəhər sakini Şapiro-Sulimana minnətdarlığını bildirib.

Ağayev merə bildirib ki, fevralın 26-da Azərbaycan xalqı 1992-ci ildə törədilmiş Xocalı faciəsinin 16-cı ildönümünü qeyd edir. "Erməni təcavüzü nəticəsində xocalıların başına gətirilən müsibətə beynəlxalq ictimaiyyətin laqeyd qalmaması üçün çağırıla müraciət edirik. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü beynəlxalq ictimaiyyət tərəfindən pislənməlidir" - Ağayev deyib.

Şapiro-Suliman Bakı və Rişon Le Tsionu qardaş-şəhərlər etmək təklifi ilə çıxış edib. O, həmçinin bildirib ki, onun perspektiv biznes-layihələrindən biri Bakı-Quba şossesinin yaxınlığında yerləşən İsrail tipli qəsəbə ilə bağlıdır. Şapiro-Suliman Rişon Le Tsion şəhərinin Liderlər parkında və Xatirə parkında Azərbaycan və İsrail xalqlarının dostluq rəmzi kimi Azərbaycan bayrağının ucaldılması təşəbbüsünə dəstəyi üçün şəhər merinə minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti