...

Çoxnikahlı sənət adamları

Cəmiyyət Materials 15 May 2008 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /müx. TrendLife Safura

Ailə qurmaq, övlad sahibi olmaq hamı kimi sənət adamlarının da arzusudur. Trendlife sənət adamlarının ailələri, övladlarının kimliyi ilə bağlı araşdırma aparıb. Tanınmışların həyatı ilə siz də tanış olun.

Xalq artisti, rejissor Mehdi Məmmədov 4 dəfə rəsmi nikahda olub. Onun birinci həyat yoldaşı xalq artisti aktrisa Barat Şəkinskayadan oğlu rəssam Elçin Məmmədov dünyaya gəlib. İxtisasca rəsam olan Elçin Azərbaycan filmlərində də maraqlı rollar oynayıb. "7 oğul istərəm" də Mirpaşanı, "Dədə Qorqud" da Çobanı oynayan Elçin dünyadan vaxtsız köçüb.

Mehdi Məmmədovun ikinci həyat yoldaşı milliyətcə rus olub. Rejissorun həmin qadından Çingiz adlı bir oğlu da dünyaya gəlib.

Mehdi Məmmədovun arvadı Barat Şəkinskayanın da həyatı çox keşməkeşli keçib. O, da üç dəfə nigaha girib.

Barat Şəkinskayanın birinci əri Miribrahim Həmzəyevdən qızı Solmaz Həmzəyeva doğulub. Uzun illər dövlət televiziyasında rejissor kimi çalışan Solmaz xanımın hazırda 76 yaşı var.

Barat xanımın ikinci həyat yoldaşı isə tanınmış mədəniyyət xadimi Şəmsi Bədəlbəyli olub. Bu nigahdan aktrisanın qızı Rövşanə dünyaya gəlib. O, indi Amerikada yaşayır. Mehdi Məmmədov Barat xanımın üçüncü əri olub.

Barat Şəkinskayajdan ayrılandan sonra ikinci dəfə ailə quran Şəmsi Bədəlbəylinin bu nigahdan oğlu Fərhad dünyaya gəlib. Xalq artisti Fərhad Bədəlbəyli indi Azərbaycanda tanınmış mədəniyyət xadimidir.

Xalq artisti aktrisa Hökümə Qurbanovanın da adı çoxnikahlı qadınlar sırasındadır. Hökumə xanımın qanunu iki əri olub. Birinci həyat yoldaşı Ələsgər Ələkbərovla nikahdan qızı Nailə, ikinci əri rəssam Nüsrət Fətullayevlə nikahdan isə Vəfa Fətullayeva doğulub. "Telefonçu qız" filmində ata obrazı ilə yaddaqalan Gündüz Abbasovla də uzun müddət birgə yaşayan lakin rəsmi nikah bağlamayan Hökumə xanımın bu izdivacdan uşağı olmayıb. Azərbaycan səhnəsinin ən gözəl aktrisalarından olan mərhum Leyla Bədirbəylinin birinci həyat yoldaşı rəqqas Cavanşirov soyadlı şəxs olub, amma bu nigah uzun sürməyib. Aktrisanın bu nikahdan teleoperator Elxan Cavanşirov kimi tanıdığımız oğlu dünyaya gəlib. Elxan balaca ikən Leyla xanım ərindən ayrılıb və ikinci dəfə ailə qurub. Bu dəfə diş həkimi Kamil adlı şəxslə. Bu izdivacdan Leyla xanımın iki qızı olub. Leyla Bədbirbəylinin ikinci həyat yoldaşını və bir qızını özündən əvvəl qəzaya düşərək ölüblər.

Xalq artisti Məlik Dadaşov da üç dəfə evli olub. Onun ilk həyat yoldaşı tanınmış aktyor Rafael Dadaşovun anası olub. Naxçıvan teatrının aktrisası ilə evli olan Məlik müəllim Rəfael uşaqkən ondan ayrılıb. Aktyorun ikinci nikahı da uzun sürməyib. Onun üçüncü arvadı Dolores adlı əcnəbi qadın olub və o, Məlik Dadaşova iki qızı bəxş edib.

Məşhur müğənnilər Şövkət Ələkbərova , Sara Qədimova, Rübabə Muradovada iki dəfə ailə qurub.

Flora Kərimova, İlhamə Quliyeva da bir neçə dəfə ailə qurub, sonra ayrılıblar. Lakin onlar nədənsə bu mövzuda danışmaq istəmirlər. Aygün Kazımova, Almaz Ələsgərli, Ruhəngiz Musəvi, Tünzalə Ağayeva da ərlərindən ayrılan qadın müğənnilər sırasında yer alır. Amma onlar ikinci dəfə rəsmi nikaha girməyə tələsmirlər. Araşdırmalar göstərir ki, ailəli qadın sənətçilərin sayı azdır.

Xəbər lenti

Xəbər lenti