...

Avropa Şurasının Azərbaycan üzrə həmmərüzəçiləri Bakıda çoxtərəfli görüşlər keçirir

Cəmiyyət Materials 18 May 2008 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may / Trend müxbir M.Əliyev/ Bu gündən Avropa Şurası Monitorinq komitəsinin Azərbaycan üzrə həmmərüzəçiləri Andreas Hnrkel və Evqeniya Jivkova Bakıda çoxtərəfli görüşlərin keçirilməsinə başlayıblar. AŞ nümayəndələri Azərbaycanın qeyrihökümət təşkilatlarının nümayəndələri ilə görüşdülər.

Bazar günü Andreas Herkelin jurnalistlərə verdiyi məlumata görə, Azərbaycana səfər çərçivsində həmmərüzəçilər Azərbaycanın keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev, "Gündəlik Azərbaycan" və "Real Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid və "Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakit ilə görüşmək niyyətindədirlər.

"Avropa Şurası prezident seçkiləri qabağı jurnalistlərin həbsdə olmasından narahatdır", - deyə A.Herkel əlavə edib.

Qeyd edək ki, Fərhad Əliyev vergilərdən yayınma, qanunsuz özəlləşdirmə, rüşvətxorluq və digər vəzifə cinayətlərində təqsirli bilinərək məhkum olunmuşdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti