...

Şou-biznesdən uzaq durmağım məni heç nədən məhrum etməyib – əməkdar artist Azərin

Cəmiyyət Materials 10 İyun 2008 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun /TrendLife müx. Günel Əhmədova/

"Çox istəyirəm ki, bəzi insanların zövqləri dəyişsin. Pul qazanmaq yaxşıdır. Ancaq bununla yanaşıölkənin dəyərlərini də düşünmək lazımdır. İndi çox gözəl səsli, istedadlı uşaqlar var. Ancaq onlar səhv yol seçirlər. Gənc istedadlar asan yolla gedirlər. Amma bu sənətdə yeni cığır açmaq üçün bir az çətin yol seçmək lazımdır. Vaxtilə "Ana Vətən çağırır" şüarı ilə müharibəni udduq. Fikrimcə, bu gün Azərbaycana bu məzmunda bir şüar lazımdır", - deyən müğənni Azərin bu məsələlərin tənzimlənməsində televiziya kanallarının böyük rolu olduğunu bildirdi.

Müğənni konkretad çəkməsə də bildirdi ki, bəzi televiziya kanalları pul qazanmaq naminə Azərbaycanın dəyərlərini unudurlar, gələcəyi düşünmürlər. Müğənni artıq xarici ölkələrdə bəzi televiziya kanallarımıza baxıldığını vurğulayaraq "təəssüflər olsun ki, nəinki əcnəbilərdən, elə öz xalqımızın nümayəndələrindən telekanalların verilişləri, meyarları barədə xoş olmayan fikirlər eşidirəm" dedi.

Həmsöhbətim bildirir ki, şou-biznesdən uzaq dayanmağı onu heç nədən məhrum etməyib. Müğənni əmindir ki, nəinki Azərbaycan, o cümlədən dünya

şou-biznesində çirkab çoxdur. Müğənni sonda tutduğu sənət yolunu heç vaxt dəyişməyəcəyini əminliklə söylədi.

Xəbər lenti

Xəbər lenti