...

Azərbaycan xalçaları və aşıqları YUNESKO-nun siyahısına girmək üçün növbədə durublar

Cəmiyyət Materials 17 İyun 2008 11:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun /müx. TrendLife Eldar Hüseynzadə/

Parisdə YUNESKO-nun qərargahında iyunun 19-na dək YUNESKO-nun qeyri-maddi mədəni irsinin qorunması üzrə komissiyasının ikinci ssesiyası keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən TrendLife-a verilən xəbərə görə, tədbirdə Azərbaycan aşıqlarının yaradıcılığı və xalçacılıq sənəti geniş şəkildə müzakirə olunacaq. Bu sahə üzrə işləmək üçün Parisə xalça muzeyinin direktoru Röya Tağıyeva və Memarlıq və İncəsənət institutunun baş elmi əməkdaşı Sənubər Bağırova göndərilib. Xatırladaq ki, 2003-cü ildən YUNESKO-nun qeyri maddi mədəni irsinin tərkibinə muğam da daxil edilib.

Xəbər lenti

Xəbər lenti