...

Azərbaycan jurnalistləri "İnter" klubunun məşqçisini boykot ediblər

Cəmiyyət Materials 30 İyul 2008 06:36 (UTC +04:00)
Azərbaycan jurnalistləri "İnter" klubunun məşqçisini boykot ediblər

Azərbaycan, Bakı, 29 iyul / Trend müxbir R.Ergün/ İyulun 29-da UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakıda "İnter"lə Serbiyanın "Partizan" klubu arasında keçirilən oyundan sonrakı brifinqdə qeyri-adi hadisə baş verib. Belə ki, Azərbaycan jurnalistləri "İnter" klubunun baş məşqçisi Valentin Xodukini özünəməxsus şəkildə boykot ediblər. Media mənsubları məşqçiyə heç söz deməyə imkan verməyiblər. "İtlərdən ehtiyatlı olun" şüarını əllərində tutan idman müxbirləri Xodukinə etiraz əlaməti olaraq zalı tərk etmək qərarına gəliblər.

Trend müxbirinin verdiyi məlumata görə, boykota səbəb Xodukinin "İnter"in Makedoniyanın "Rabotniçki" klubu ilə cavab qarşılaşması öncəsi söylədiyi fikirlər olub. Belə ki, məşqçi jurnalistlərin "Uduzacağınız təqdirdə Azərbaycanda tənqid atəşinə tutulmaqdan çəkinmirsinizmi?" sualına cavab olaraq bunları deyib: "İt hürər, karvan keçər". Elə azərbaycanlı jurnalistlərin Xodukinə qarşı boykotun əsasını da məhz bu sözlərə etiraz əlaməti təşkil edib.

Məqalənin müəllifi ilə bu ünvan vasitəsi ilə əlaqə saxlamaq olar: [email protected]

Xəbər lenti

Xəbər lenti