...

"Turan" komandası Azərbaycan Premyer-Liqasında böyük maliyyə problemləri altında çıxış edəcək – klub rəsmisi

Cəmiyyət Materials 31 İyul 2008 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir R.Ergün/ Tovuzun "Turan" futbol klubu Azərbaycan Premyer-Liqasında böyük maliyyə problemləri altında çıxış edəcək. Bu barədə cümə axşamı Trend -a klubun mətbuat xidmətinin rəhbəri Rasim Əliyev bildirib.

"Turan" klubu futbol üzrə Azərbaycan Premyer-Liqasının sonuncu mövsümündə 12-ci yeri tutub. Maliyyə problemləri ilə üz-üzə qalan komandanın uğursuz çıxış etməsindən sonra türkiyəli baş məşqçi Səlahəddin Dərvənd "Turan"dan ayrılıb.

Əliyevin dediyinə görə, hazırda klubun fəaliyyətini tam dayandırmaması üçün Tovuzun İcra Hakimiyyəti tərəfindən "Turan"a maliyyə köməyi edilir.

Hazırda "Turan" komandasının baş məşqçisi Türkiyədən olan Mehmet Yılmazdır.

Xəbər lenti

Xəbər lenti