...

Bakıda "Uşaqlar, özünüzü avtomobildən qoruyun!" şüarı altında aksiya start götürür

Cəmiyyət Materials 8 Sentyabr 2008 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 sentyabr / Trend Life , müxbir Zərinə Əhmədova/ Bakı şəhər Dövlət Baş Yol Polisi İdarəsinin (DYPİ) çağırışı ilə yeni tədris ilinin başlaması ilə əlaqədar, sentyabrın 10 - da yolda uşaqların təhlükəsizliyinə istiqamətlənən yol aylığı start götürür. Bu barədə Trend Life-a DYPİ-nin yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, aksiya oktyabrın 10- dək davam edəcək. "Bu günlərdə yol polisinin bütün əməkdaşları uşaqların yolda hərəkət qaydalarına dair maarifləndirilməsinə cəlb ediləcəklər", - deyə o bildirib.

Əsədovun sözlərinə görə, bu, olduqca mühüm addımdır və uşaq auditoriyası diqqətinin yol qaydalarına riayət edilməsinə yönəldilib. Məktəblərdə uşaqlara yol intizamına dair "ibtidai" biliklərin tədrisi üçün saatlar ayrılacaq.

DYPİ-nin məlumatına əsasən, 2008 - ci ildə Bakı yollarında 37 uşaq ölüb, 183 uşaq isə müxtəlif dərəcəli xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti