...

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun həmsədri ortaq türk kanalının yaradılmasını vacib sayır

Cəmiyyət Materials 16 Mart 2009 16:32 (UTC +04:00)

Azərbaycan, Bакı, 16 mart / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun həmsədri ortaq türk telekanalının yaradılmasını önəmli hal hesab edir.

"Ortaq türk televiziya kanalının açılması ilə bağlı nə dövlət başçıları, nə də heç bir ölkə ictimaiyyəti arasında narazılıq yoxdur. Amma yeni telekanalın Türkdilli Ölkələrin Parlament Assambleyası nəzdində yaradılması daha yaxşı olardı", - bazar ertəsi Trend -a Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun həmsədri Nizami Cəfərov bildirib.

Yaxın günlərdə TRT-turk kanalının adının dəyişilərək ortaq türk kanalına çevrilməsi ilə bağlı böyük toplantı keçiriləcək.

Dostluq Qrupunun həmsədri deyib ki, yeni telekanalda müxtəlif türk dövlətlərinin istifadə etdiyi dillərdə verilişlərin yayımlanması da istisna olunmur.

"Yeni kanal bütün türk dövlətlərinin ərazisində yayımlanacaq və mədəniyyəti təbliğ edəcək. Verilişlər Türkiyə türkcəsində yayımlanacaq. Əslində, indi bu dil ortaq dil funksiyasını yerinə yetirir", - mərkəzin direktoru əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti