Azərbaycan, Bakı, 14 avqust / Trend müxbir C.Babayeva/
Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cümə günü ali və orta ixtisas təhsil müəssisələrinə qəbul prosesinin başa çatdığını elan edib.
"1554 boş yerə 1022 abituriyent qəbul edilib. Qəbul imtahanlarının iki turunun başa çatmasından sonra 2009/2010-cu tədris ilinə qəbul planı 98,17 faiz yerinə yetirilib", - mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə məlumat verib.
Plan yerlərinin sayı 29030 olub. İlk turdan sonra 28498 abituriyent ali məktəblərə qəbul olunub.
Ali məktəblərə qəbul olunmuş abituriyentlər 14-21 avqust aralığında sənədlərini müvafiq ali təhsil müəssisələrinə təqdim etməlidirlər", - Abbaszadə bildirib. "Boş qalan yerlər əsasən xüsusi bacarıq tələb edən ixtisaslar, həmçinin özəl məktəblərdəki yerlərdir", - o deyib.
Onun sözlərinə görə, DK qarşıya qoyulan məqsədə tam nail olub. "Qəbul imtahanlarında 14,8 faiz abituriyent 500-700 bal, 24,3 faiz - 200-300, 2,9 faiz - 100-200, 2,6 faiz - 50-100 bal toplayıb", - Abbaszadə bildirib.
"Orta ixtisas təhsil müəssisələrinə qəbul planı 96,86 faiz yerinə yetirilib", - TQDK sədri məlumat verib. "Texnikumlardakı plan yerlərinin sayı 6614 olub və onlardan 6406-na tələbə qəbul olunub. Texnikumlara keçid balları yüksək olub. Regionlardakı texnikumlarda plan yerləri tam doldurulub", - Abbaszadə deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]