...

Azərbaycan və türk diaspor təşkilatları Ermənistanla sərhədlərin açılmasının əleyhinə olan müraciət qəbul ediblər

Cəmiyyət Materials 23 Noyabr 2009 11:01 (UTC +04:00)
Noyabrın 21-22-də Almaniyanın Frankfurt şəhərindəki “İnterkontinental” otelində Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan–Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı keçirilib. Toplantıda Milli Məclis sədrinin müavini Bahar Muradova, Prezident Administrasiyası İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, millət vəkilləri Sabir Rüstəmxanlı və Fazil Müstafa, Türkiyə TBMM-nin bir neçə üzvü, alimlər, ziyalılar, həmçinin Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan–Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının üzvləri, digər qonaqlar iştirak ediblər.
Azərbaycan və türk diaspor təşkilatları Ermənistanla sərhədlərin açılmasının əleyhinə olan müraciət qəbul ediblər

Azərbaycan, Bakı, 23 noyabr / Trend , müxbir M.Əliyev/

Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısında Azərbaycan və Türkiyə Prezidnetlərinə, eləcə də hər iki ölkənin parlamentlərinə müraciət qəbul olunub, bazar ertəsi Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Noyabrın 21-22-də Almaniyanın Frankfurt şəhərindəki "İnterkontinental" otelində Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı keçirilib. Toplantıda Milli Məclis sədrinin müavini Bahar Muradova, Prezident Administrasiyası İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, millət vəkilləri Sabir Rüstəmxanlı və Fazil Müstafa, Türkiyə TBMM-nin bir neçə üzvü, alimlər, ziyalılar, həmçinin Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının üzvləri, digər qonaqlar iştirak ediblər.

Müraciətdə deyilir ki, 2009-cu il oktyabr ayının 10-da Türkiyə və Ermənistan arasında "Diplomatik münasibətlərin qrulmasına dair" və "İkitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair" prtokolların imzalanması Azərbaycan və Türkiyə ictimaiyyətinin, habelə xarici ölkələrdə yaşayan yüzminlərlə azərbaycanlı və türkün ciddi narahatlığına səbəb olub.

"Hesab edirik ki, bu razılaşmanın mümkün nəticələri iki qardaş ölkə arasında münasibətlərə mənfi təsir etməklə yanaşı, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı danışıqlarda qeyri-konstruktiv fəaliyyətini sərtləşdirəcəyinə səbəb olacaq", - müraciətdə qeyd olunub.

Sənəddə daha sonra qeyd olunur ki, Azərbaycan ərazilərinin 20 faizinin işğal altında qaldığı, bir milyondan çox azərbaycanlının məcburi köçkün kimi yaşadığı bir vaxtda bu protokolların imzalanması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə olan ümidləri xeyli dərəcədə azaldır. Münaqişə öz həllini tapmadan Türkiyənin Ermənistanla əlaqələri bərpa etməklə təcavüzkar tərəfə iqtisadi-siyasi üstünlük gətirməklə mövqelərini möhkəmləndirə bilər.

"Ermənistan diasporu və lobbisi uzun illərdir ki, Türkiyə ilə sərhədlərin açılmasına nail olmaq məqsədilə nüfuzlu dövlətlərin və beynəlxalq təşkilatların rəsmi Ankaraya təzyiq göstərməsinə çalışır. Lakin 1993-cü ildə Türkiyə dövlətinin Ermənistanla sərhədlərin açılması üçün irəli sürdüyü əsas şərtlərdən biri Dağlıq Qarabağ probleminin həlli, Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi olmuşdur. Biz inanırıq ki, Türkiyə Respublikası və onun rəhbərliyi bu prinsipə, xalqlarımız arasında dostluq, qardaşlıq əlaqələrinə yenə də sadiq qalacar. Eyni zamanda əminik ki, Türkiyə Respublikasının Prezidenti cənab Abdulla Gülün və Baş nazir cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycan xalqına verdikləri vədlər qüvvədə qalacaq, Türkiyə Böyük Millət Məclisi Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca, Ermənistanla imzalanmış protkolları təsdiqləməyəcək", - deyə müraciətdə qeyd olunub.

Sənəddə o da vurğulanır ki, Ermənistanla sərhədlərin açılması nəinki hər iki ölkənin, bütövlükdə türk dünyasının mənafelərini, habelə regional təhlükəsizliyi təhdid altına qoya bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti