...

Azərbaycanın ali təhsil müəssisələrində ixtisasların sayı ötən il 70%-ə qədər azalıb

Cəmiyyət Materials 13 Mart 2010 12:52 (UTC +04:00)
Azərbaycanın ali təhsil müəssisələrində ixtisasların sayı ötən il 70%-ə qədər azalıb.
Azərbaycanın ali təhsil müəssisələrində ixtisasların sayı ötən il 70%-ə qədər azalıb

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir M. Əliyev/

Azərbaycanın ali təhsil müəssisələrində ixtisasların sayı ötən il 70%-ə qədər azalıb.

Trend -un məlumatına görə, Nazirlər Kabinetinin Azərbaycan Parlamentinə təqdim etdiyi 2009-cu ilin hesabatında bildirilir ki, ötən il kadr hazırlığı həyata keçirən 515 ixtisasın sayı azaldılaraq, yeni təsnifatda ixtisas qrupları 150-yə endirilib.

Bu, Boloniya prosesi çərçivəsində ölkənin üzərinə götürdüyü öhdəliklərə əsasən və Prezidentin "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahat üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə" Sərəncamının icrasının təmin edilməsi üçün həyata keçirilib.

"Buna müvafiq olaraq bakalavr hazırlığının yeni nəsil dövlət standartları təsdiq edilərək, onların tətbiqinə başlanılıb", - hesabatda bildirilir.

Hesabata əsasən, hazırda magistr ixtisaslarının (proqramlarının) yeni təsnifatı hazırlanır.

Hazırda Azərbaycanda ali təhsilin bakalavr təhsil proqramlarını həyata keçirən 51 ali məktəb (36 dövlət, 15 özəl) fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti