...

Azərbaycan Prezidentinin Novruz Bayramı münasibətilə imzaladığı əfv fərmanının icrasına başlanılıb (FOTO)

Cəmiyyət Materials 18 Mart 2010 11:21 (UTC +04:00)
Fərmanın icrası ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xətti ilə KİV nümayəndələri, hüquq müdafiəçiləri cəzaçəkmə müəssisələrində olublar.
Azərbaycan Prezidentinin Novruz Bayramı münasibətilə imzaladığı əfv fərmanının icrasına başlanılıb (FOTO)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycan Prezidentinin Novruz Bayramı münasibətilə imzaladığı əfv fərmanının icrasına başlanılıb.

Fərmanın icrası ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xətti ilə KİV nümayəndələri, hüquq müdafiəçiləri cəzaçəkmə müəssisələrində olublar.

Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov jurnalistlərə bildirib ki, fərmanın icrası bu gün başa çatacaq.

Prezidentin dünən imzaladığı sayca 47-ci əfv fərmanı ilə azadlıqdan məhrum edilmiş 62, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 7 məhkum cəzalarının çəkilməmiş hissələrindən azad edilib.

Ömürlük azadlıqdan məhrum edilmiş bir məhkumun cəzası 20 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib; bir nəfər cərimə cəzasından azad olunub.

Azadlıqdan məhrum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir qadın məhkum da cəzadan azad edilib.

Əfv olunan məhkumlar arasında "Azadlıq" qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahid də var. O, bu gün Penitensiar Xidmətin müalicə müəssisəsindən azad olunub.

1994-cü ildən indiyədək imzalanmış 47 əfv fərmanı ilə 5029 şəxs cəzadan azad edilib. Fərmanların 15-i İlham Əliyev, 32-si isə mərhum prezident Heydər Əliyev tərəfindən imzalanıb. İndiyədək imzalanan 8 Amnistiya Aktı 40 min məhkuma şamil olunub.

Xəbər lenti

Xəbər lenti