...

İyunda Azərbaycandan 696 xarici vətəndaş çıxarılıb – Dövlət Miqrasiya Xidməti

Cəmiyyət Materials 10 İyul 2010 12:16 (UTC +04:00)
İyunda Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ölkədən 48 saat ərzində 656 xarici vətəndaşın deportasiya olunması barədə qərar qəbul edilib. Bu barədə xidmətin məlumatında deyilir.
İyunda Azərbaycandan 696 xarici vətəndaş çıxarılıb – Dövlət Miqrasiya Xidməti

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir M.Əliyev/

İyunda Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ölkədən 48 saat ərzində 656 xarici vətəndaşının ölkə hüdudlarından kənara çıxarılması  barədə qərar qəbul edilib. Bu barədə xidmətin məlumatında deyilir.

Ötən ay görülən müvafiq tədbirlər nəticəsində 881 xarici vətəndaşın inzibati qanunvericiliyin tələblərini pozması faktı aşkar edilib. Cərimə alınması yolu ilə ölkədə 185 nəfərin yaşaması leqallaşdırılıb.

Eləcə də 40 xarici vətəndaşın deportasiya olunması  barədə qərar qəbul edilib.

Ötən ay DMX-ə xarici və vətəndaşlığı olmayan şəxslərdən ölkədə qalma müddətinin uzadılması, daimi və müvəqqəti yaşayış üçün icazə, vətəndaşlığa qəbul, vətəndaşlığın bərpası və ondan imtina olunması, eləcə də vətəndaş mənsubiyyətinin və statusunun müəyyən edilməsi, əmək fəaliyyəti üçün fərdi icazənin müddətinin uzadılması ilə bağlı      3 807 müraciət daxil olub.

Xəbər lenti

Xəbər lenti