Azərbaycan komandası Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən ikinci beynəlxalq zorxana idman yarışmasında ikinci yeri tutub. Bu barədə İranın İLNA xəbər agentliyi məlumat verib.
Məlumata əsasən, birinci yeri İran komandası, üçüncü yeri isə Tacikistan və Əfqanıstan komandaları müştərək qazanıblar.
İkinci beynəlxalq zorxana idman yarışması iyul ayının 11-12-də Düşənbə şəhərində keçirilib. Yarışda İran, Tacikistan, Əfqanıstan, Azərbaycan, Pakistan, Hindistan və Nepal ölkələri iştirak ediblər. Birinci beynəlxalq zorxana idman yarışması 2009-cu il martın 13-17- də Bakıda keçirilib.