Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir M.Əliyev/
Azərbaycanda 257 tələbə ali məktəblərin magistraturalarının vakant planlı yerlərinə daxil olub. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatında deyilir.
Tələbələr arasında keçirilən müsabiqənin nəticələri TQDK-nın saytında və "Magistr" jurnalının yeddinci nömrəsində yerləşdirilib.
Vakant yerlərə sənəd qəbulu iyulun 29-dan avqustun 5-dək keçirilib.
Magistraturaya qəbul olunan şəxslər avqustun 11-dən 20-dək lazımi sənədləri ali məktəblərə təqdim etməlidirlər.