...

Kiyevdə Avropa və Asiya KİV-lərinin forumu keçiriləcək

Cəmiyyət Materials 1 Dekabr 2010 17:35 (UTC +04:00)
Dekabrın 7-10-da Rusiyanın Beynəlxalq İnformasiya Agentliyi "RİA Novosti" Avropa və Asiya mediasının forumunu keçirəcək.
Kiyevdə Avropa və Asiya KİV-lərinin forumu keçiriləcək

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir E.Tariverdiyeva/

Dekabrın 7-10-da Rusiyanın Beynəlxalq İnformasiya Agentliyi "RİA Novosti" Avropa və Asiya mediasının forumunu keçirəcək.

Forumda MDB, Baltikyanı ölkələrin və Gürcüstanın məşhur KİV-lərinin rəhbərləri, siyasətçilər və ictimai xadimlər, milli jurnalistika ittifaqlarının rəhbərləri, informasiya siyasəti üzrə mütəxəssislər bir araya gələcəklər.

Tədbir iştirakçılarına Ukrayna Prezidenti Viktor Yanukoviç və Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko müraciət edəcək. Açılışda forum iştirakçılarına Rusiya Prezidenti Dmitri Medvedev adından salamlama məktubu oxunacaq.

Forumda YUNESKO-nun baş direktorunun müşaviri Henrix Yuşkyaviçus, Rusiya Mətbuatının rəhbəri Mixail Seslavinski, Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun direktoru Andrey Yermolayev, Azərbaycanın Trend İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, Qazaxıstanın "Kazinfo" İA-nın idarə heyətinin sədri Dauren Diyarov, Latviya Jurnalistlər İttifaqının prezidenti Yuris Payders və forumun digər iştirakçı ölkələrinin nümayəndələri çıxış edəcəklər.

Bu, keçmiş sövet ölkələrinin milli KİV nümayəndələrinin say etibarı ilə illik beşinci forumudur. "RİA Novosti" bu növ görüşlərin keçirilməsinin təşəbbüskarı kimi ilk dəfə 2006-cı ildə çıxış edib. İllik forumun məqsədi müasir dünyada kütləvi informasiya vasitələri qarşısında duran problemlərin müzakirəsidir.

Xəbər lenti

Xəbər lenti