...

Media İşçi Qrupu "Youth Leadership Beyond Boundaries" şuarı altında gənclər gününə həsr olunmuş dəyirmi masa keçirib

Cəmiyyət Materials 12 Avqust 2010 14:42 (UTC +04:00)
Media İşçi Qrupu (AEGEE) cümə axşamı “Youth Leadership Beyond Boundaries” şuarı altında gənclər gününə həsr olunmuş dəyirmi masa keçirib. Tədbirin birinci hissəsində “Biz xoşbəxtik mi? (Are we happy today?) aksiyası çərçivəsində may-iyun aylarında gənclər arasında keçirilmiş sorğunun nəticələri təqdim olunub rəylər dinlənildi. Gənclərin sosial təminatı, təhsil, karyera və ictimayətdə tutduğu rol və vəzifələrin mühümlüyü bildirildi.

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir M.Əliyev/

Media İşçi Qrupu (AEGEE) cümə axşamı "Youth Leadership Beyond Boundaries" şuarı altında gənclər gününə həsr olunmuş dəyirmi masa keçirib. Tədbirin birinci hissəsində "Biz xoşbəxtik mi? (Are we happy today?) aksiyası çərçivəsində may-iyun aylarında gənclər arasında keçirilmiş sorğunun nəticələri təqdim olunub rəylər dinlənildi. Gənclərin sosial təminatı, təhsil, karyera və ictimayətdə tutduğu rol və vəzifələrin mühümlüyü bildirildi.

Şəxsi həyat və ya karyera ("Life-Work Balance") hansının daha vacib və ön planda olması mövzusuna dair məruzə geniş debat və disskusiyalara səbəb oldu. AEGEE Prezidenti Tamerlan Mamedov tərəfindən təqdim olunan "Səlahiyyət olmadan təsir göstərmək bacarığı" (How to İnfluence Without Having Authority) mövzu, gəncləri ictimai həyatda fəal olmaq, sağlam vətəndaş cəmiyyətini inkişaf etdirmək, sülh və mədəniyyət naminə güclü təhsilə çağırdı. Media İşçi Qrupunun Rəhbəri Afaq Əhmədova "Öz gələcəyini qur" (Design Your Future) başlığı altında təqdimatında Azərbaycan gənclərinin elm, yeni texnologiyalar və innovasiya sahəsində inkişafının və strateji düşünmək bacarığının zəruriliyini qeyd etdi. "Strateji düşüncə üçün savad və təcrübə, planlaşdırma, ünsiyyət bacarığı, və əlbəttə ki, yeni ideyaların yaranması üçün innovasiyaların əsas təkanı olan təsvir etmək qabiliyyəti lazımdır", - Afaq Əhmədova vurğuladı.

Tədbirin sonunda qrup tərəfindən iyul ayında Azərbaycanda 2011-ci Gənclər ilinə həsr olunmuş "AEGEE Milli Gənclər Forumunun" keçirilməsi qərara alındı.
25 il öncə BMT Baş Assambleyasının qətnaməsiylə "İştirak, İnkişaf fə Sülh" şuarı altında 1985-ci il ilk dəfə olaraq Gənclər ili elan olundu. Qərarın əsas məqsədi gənclərə mühüm dünyəvi məsələlərin həllində öz fikirlərini bildirib töfhələrini vermək imkanı, bəşəriyyətin gələcəyinin yazılmasında və ümumiyyətlə ictimai problemlərin həllində bilavasitə iştirakına şərait yaratmaq idi.

Qeyd etmək lazımdır ki, ele həmin il hazırda Avropanın 43 ölkəsinin 240 şəhərindən olan 15.000-dək müxtəlif füsunkar mədəniyyətlərə malik tələbəni özündə birləşdirən AEGEE təşkilatının təməli qoyulmuşdur. Bugün yenidən Gənclər ilinin Gənclər gününü yaşayırıq, şuarımız isə "Dialoq və Qarşılıqlı Anlaşmadır".

O illərdən fərqli olaraq gənclərimiz hazırda ictimai-siyasi həyatın bütün sahələrində iştirak edir, öz təsirlərini göstərirlər. Avropa Tələbələr Forumu təşkilatınının fəaliyyətini buna gözəl sübut kimi göstərmək olar.

Xəbər lenti

Xəbər lenti