...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə sülh üzrə Nobel mükafatına layiq görülə bilər

Cəmiyyət Materials 27 Yanvar 2011 16:26 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə sülh üzrə Nobel mükafatına layiq görülə bilər. Bu barədə cümə axşamı Trend-ə QMİ-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə sülh üzrə Nobel mükafatına layiq görülə bilər

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə sülh üzrə Nobel mükafatına layiq görülə bilər. Bu barədə cümə axşamı Trend-ə QMİ-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov bildirib.

Payızov deyib ki, lazım olan sənədlər artıq Nobel Mərkəzinin Beynəlxalq İnformasiya Bürosuna təqdim edilib. Bu sənədlərdə QMİ sədrinin Çeçenistanda sülhün bərqərar edilməsi naminə, Azərbaycanda müsəlmanlar arasında birliyə nail olunması üçün gördüyü işlər qeyd olunur.

2010-cu ildə sülh üzrə Nobel mükafatı çinli dissident Lyu Syaoboya, ondan öncə isə ABŞ prezidenti Barak Obamaya verilib.

Xəbər lenti

Xəbər lenti