...

TQDK abituriyentlərə xəbərdarlıq edib

Cəmiyyət Materials 29 Mart 2011 15:39 (UTC +04:00)
Trend-in məlumatına görə, komissiyanın mətbuat xidmətindən çərşənbə axşamı bildiriblər ki, sınaq imtahanı keçiriləcək binalara buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək.
TQDK abituriyentlərə xəbərdarlıq edib

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası abituriyentlərə xəbərdarlıq edib.

Trend-in məlumatına görə, komissiyanın mətbuat xidmətindən çərşənbə axşamı bildiriblər ki, sınaq imtahanı keçiriləcək binalara buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək.

TQDK 2011-ci il aprelin 3-də keçiriləcək imtahana 139 abituriyentin valideyninin şəxsiyyət vəsiqəsi əsasında qeydiyyatdan keçdiyini aşkarlayıb.

"Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar", - komissiyanın məlumatında deyilir.

TQDK həmçinin abituriyentlərə imtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələr gətirməyi qəti qadağan etdiyini bildirir.

Xəbər lenti

Xəbər lenti