...

Azərbaycan məhkəmələri ərizənin baxılmamış saxlanılması ilə əlaqədar nöqsanlara yol verir - Ali Məhkəmə

Cəmiyyət Materials 31 Mart 2011 17:15 (UTC +04:00)
Trend-in məlumatına görə, Ali Məhkəmənin Plenumunda ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında məsələ geniş müzakirə olunub.
Azərbaycan məhkəmələri ərizənin baxılmamış saxlanılması ilə əlaqədar nöqsanlara yol verir - Ali Məhkəmə

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan məhkəmələri tərəfindən ərizənin baxılmamış saxlanılması ilə əlaqədar müəyyən xarakterli nöqsanlara yol verilməsinə təsadüf olunur.

Trend-in məlumatına görə, Ali Məhkəmənin Plenumunda ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında məsələ geniş müzakirə olunub.

Qeyd olunub ki, bununla bağlı vətəndaşların və hüquqi şəxslərin məhkəmə müdafiəsi hüquqlarının və qanuni mənafelərinin qorunması sahəsində müəyyən xarakterli nöqsanlara yol verilib.

Müəyyən edilib ki, ərizənin baxılmamış saxlanılması ilə əlaqədar məhkəmələr Mülki-Prosessual Məcəllədə müəyyən olunmuş normaları əsasən düzgün tətbiq edirlər.

Plenumda ərizənin baxılmamış saxlanılması ilə əlaqədar qanunvericilik normalarının düzgün və eyni cür tətbiq edilməsini, bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək məqsədilə məhkəmələrə müvafiq tövsiyələr verilməsi barədə qərar qəbul olunub.

Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib ki, fiziki və hüquqi şəxslər pozulmuş hüquqlarını qorumaq məqsədi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər.

Müraciət ərizələrinin baxılmamış saxlanılmasına yalnız qanunla müəyyən edilən qaydada məhkəmə qərarı ilə yol verilir. Onun sözlərinə görə, ərizənin icraata qəbul edilməsi və işin məhkəmə baxışına hazırlanması mərhələlərində ərizənin baxılmamış saxlanılmasına yol verilmir.

Plenumda konkret mülki işlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti