...

Azərbaycanda narkotik və içki aludəçisi olan polis əməkdaşları xidmətdən xaric olunub

Cəmiyyət Materials 26 Aprel 2011 20:02 (UTC +04:00)
2010-cu il ərzində nümunəvi xidmətlərinə, o cümlədən ictimai asayişin mühafizəsində, cinayətkarlığa qarşı mübarizədə əldə etdikləri nailiyyətlərinə görə daxili işlər orqanlarının 14 133 əməkdaşı mükafatlandırılıb. Bu barədə Trend-ə çərşənbə axşamı Azərbaycan Daxili İşlər Nazirliyindən məlumat verilib.
Azərbaycanda narkotik və içki aludəçisi olan polis əməkdaşları xidmətdən xaric olunub

Azərbaycan, Bakı, 26 aprel /Trend/

2010-cu il ərzində nümunəvi xidmətlərinə, o cümlədən ictimai asayişin mühafizəsində, cinayətkarlığa qarşı mübarizədə əldə etdikləri nailiyyətlərinə görə daxili işlər orqanlarının 14 133 əməkdaşı mükafatlandırılıb. Bu barədə Trend-ə çərşənbə axşamı Azərbaycan Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bununla belə, 2010-cu il ərzində daxili işlər orqanları üzrə istər xidmətdə, istərsə də xidmətdən kənar vaxtda nizam-intizam qaydalarının, həmçinin qanunçuluğun tələblərinin pozulması hallarına görə 3752 əməkdaş cəzalandırılıb.

"2010-cu il ərzində daxili işlər orqanları əməkdaşları tərəfindən qanun pozuntusuna yol verilməsi ilə bağlı 193 fakt qeydə alınıb, buna görə 301 əməkdaş müvafiq qaydada cəzalandırılıb, onlardan 21 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric olunub. O cümlədən, 2010-cu il ərzində polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı 174 fakt qeydə alınıb, bu cür neqativ hərəkətlərinə görə 278 əməkdaş müvafiq qaydada cəzalandırılıb, onlardan 18 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric olunub", - məlumatda deyilir.

2010-cu il ərzində ümumilikdə, 129 əməkdaş mənfi motivlərlə, o cümlədən narkotik vasitələrdən qanunsuz istifadə etdiklərinə görə 26 nəfər, spirtli içkilərə aludəçilik göstərdiklərinə görə isə 10 nəfər əməkdaş daxili işlər orqanlarında xidmətdən xaric olunub.

Xəbər lenti

Xəbər lenti