...

Azərbaycanda alimlər informasiya cəmiyyəti ilə bağlı araşdırmalar aparmalıdırlar - İnformasiya Texnologiyaları İnstitutunun direktoru

Cəmiyyət Materials 17 May 2011 13:20 (UTC +04:00)
Azərbaycan alimləri informasiya cəmiyyətinin yalnız texnoloji deyil, həm də sosial aspektlərinin müsbət və mənfi cəhətlərini araşdırmalıdırlar.
Azərbaycanda alimlər informasiya cəmiyyəti ilə bağlı araşdırmalar aparmalıdırlar - İnformasiya Texnologiyaları İnstitutunun direktoru

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan alimləri informasiya cəmiyyətinin yalnız texnoloji deyil, həm də sosial aspektlərinin müsbət və mənfi cəhətlərini araşdırmalıdırlar. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstititunun direktoru Rasim Əliquliyev çərşənbə axşamı Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi konfransda çıxış edərkən deyib.

"İnformasiya cəmiyyəti qloballaşma prosesinin əsas hissələrindən biridir. Azərbaycana yeni əxlaq, yeni mənəviyyat, yeni təfəkkür gəlir. Buna görə də informasiya cəmiyyətinin texnoloji və sosial aspektləri həm sosioloqlar, həm də texnoloqlar tərəfindən birgə araşdırılmalıdır. Alimlər bu problemi araşdırmaqla Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasına töhfələrini verə bilərlər", - Əliquliyev bildirib.

İnstitut direktorunun sözlərinə görə, informasiya cəmiyyətinin strukturunu beşsəviyyəli hesab etmək olar: ilk səviyyə kommunikasiyalaşdırma, 2-ci kompüterləşdirmə, 3-cü şəbəkələşmə, 4-cü informasiyalaşdırma, 5-ci səviyyə isə virtuallaşdırmadır.

İnstitut direktoru əlavə edib ki, Azərbaycanda Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü artıq 6-cı ildir ki, qeyd edilir.

Hər il müxtəlif devizlərlə keçirilən Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü bu il "Kənd yerlərində İKT ilə həyat daha yaxşıdır" şüarı ilə qeyd edilir.

Xəbər lenti

Xəbər lenti