...

Kiyevli həkimlər azərbaycanlı həmkarları üçün təlimlər keçirəcəklər

Cəmiyyət Materials 24 May 2011 12:49 (UTC +04:00)
Təlimlər mayın 25-dən iyunun 1-dək davam edəcək.
Kiyevli həkimlər azərbaycanlı həmkarları üçün təlimlər keçirəcəklər

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir İ.İsabalayeva/

Kiyev Ürək Mərkəzinin mütəxəssisləri azərbaycanlı həmkarları üçün təlimlər keçirəcəklər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Kiyev Ürək Mərkəzinin aparıcı mütəxəssisləri Azərbaycanda kardiocərrahiyə xidmətinin təkmilləşdirilməsi, bu xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə azərbaycanlı müdavimlər üçün nəzəri, elmi-praktiki təlimlər təşkil edəcəklər.

Akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin bazasında təşkil olunacaq təlimlər kardiocərrahiyənin aktual məsələlərinə həsr olunacaq.

Təlimlər mayın 25-dən iyunun 1-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti