...

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən aviaşouda iştirak edirlər

Cəmiyyət Materials 1 İyun 2011 10:25 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Hərbi Hava Qüvvələrinin (HHQ) zabitlərinin iştirak etdiyi aviaşou iyunun 1-dən 5-dək Türkiyənin İzmir şəhərində keçiriləcək.
Azərbaycan hərbçiləri Türkiyədə keçirilən aviaşouda iştirak edirlər

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən aviaşouda iştirak edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Hərbi Hava Qüvvələrinin (HHQ) zabitlərinin iştirak etdiyi aviaşou iyunun 1-dən 5-dək Türkiyənin İzmir şəhərində keçiriləcək.

Həmin müddətdə hərbçilərimiz HHQ Komandanlarının konfransında da iştirak edəcəklər.

Azərbaycan Milli Ordusunun zabitləri iyunun 6-dan 9-dək ABŞ-da keçiriləcək Hərbi Attaşelərin "VII Sovereign Challenge" konfransına da qatılacaqlar.

Hərbçilərimiz ABŞ-da iyunun 15-dən gələn il yanvarın 5-dək davam edəcək "Piyada zabitinin təməl kursu"nda da iştirak edəcəklər.

Azərbaycan-ABŞ İş Planına əsasən, iyunun 6-dan 9-dək Bakıda "Missiyaqabağı səhra yoxlama təlimlərinin planlaşdırılması" mövzusunda seminar işə başlayacaq.

Xəbər lenti

Xəbər lenti