...

Bakıda Mehriban Əliyevanın fəaliyyətinə həsr olunmuş kitabların təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 22 İyun 2011 14:49 (UTC +04:00)
Çərşənbə axşamı Bakıda M.F.Axundov adına Milli Kitabxanada Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə həsr edilmiş "Mədəniyyətimizin və mədəni irsimizin hamisi" və "Azərbaycan mədəniyyəti gələcək nəsillərə ərmağandır" kitablarının ingilis və ərəb dillərinə tərcümə olunmuş nəşrlərinin təqdimat mərasimi keçirilib.
Bakıda Mehriban Əliyevanın fəaliyyətinə həsr olunmuş kitabların təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir S.Ağayeva/

Çərşənbə axşamı Bakıda M.F.Axundov adına Milli Kitabxanada Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə həsr edilmiş "Mədəniyyətimizin və mədəni irsimizin hamisi" və "Azərbaycan mədəniyyəti gələcək nəsillərə ərmağandır" kitablarının ingilis və ərəb dillərinə tərcümə olunmuş nəşrlərinin təqdimat mərasimi keçirilib.

"Mədəniyyətimizin və mədəni irsimizin hamisi" kitabı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə ingilis və ərəb dillərində nəşr olunub. Kitab səkkiz fəsildən ibarətdir və Mehriban xanım Əliyevanın 1995-2010-cu illərdəki fəaliyyət dövrünü əks etdirir.

Azərbaycanın Suriya Ərəb Respublikasındakı səfirliyinin iştirakı ilə kitab ərəb dilində də buraxılıb. Ərəb dili variantında Mehriban xanım Əliyevanın İslam Konfransı Təşkilatına üzv ölkələrlə mədəniyyət sahəsində əməkdaşlıq, ərəb dövlətləri ilə ikitərəfli görüşlərdəki fəaliyyəti haqqında materiallar daxil edilib. Kitaba ön sözü mədəniyyət və turizm naziri Əbülfəz Qarayev yazıb.

"Azərbaycan mədəniyyəti gələcək nəsillərə ərmağandır" kitabı ingilis dilində "The Azerbaijani culture - a message to future generation" adı ilə nəşr edilib və həmçinin Mədəniyyət və Turizm Nazirliyinin növbəti layihəsidir.

Hər iki kitabda Mehriban xanım Əliyevanın mədəniyyət və incəsənət sahıəsindəki fəaliyyəti geniş işıqlandırılıb.

Təqdimat mərasimində mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev bildirib ki, Azərbaycanın mədəni irsinin qorunmasına ümummilli lider Heydər Əliyev həmişə xüsusi diqqət ayırıb, bu sahə onun himayəsi altında olub və bu gün də bu siyasət Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.

Onun sözlərinə görə, bu işin böyük hissəsi Heydər Əlyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən yerinə yetirilir və o, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində böyük iş həyata keçirir.

Nazir müavini hesab edir ki, ərəb dilində çap olunan "Mədəniyyətimizin və mədəni irsimizin hamisi" kitabı ərəb dünyasında Azərbaycan haqqında informasiyaların daha geniş yayılmasına böyük töhfə verəcək.

Təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatı Tahir Rzayevin sözlərinə görə, Azərbaycan mədəniyyəti və incəsənəti dünyada daim mühüm yer tutub və bu gün Heydər Əliyev Fondu ölkənin xaricdə təbliğinə böyük töhfə verir.

Deputat bildirib ki, Heydər Əlyev Fondunun Prezidenti Azərbaycan mədəniyyəti və incəsənətinin hamisi olaraq Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayır.

Xəbər lenti

Xəbər lenti