...

Sabah Azərbaycanın rayonlarına dolu düşəcək

Cəmiyyət Materials 30 İyun 2011 12:05 (UTC +04:00)
Sabah Azərbaycanın rayonlarına dolu düşəcək.
Sabah Azərbaycanın rayonlarına dolu düşəcək

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Sabah Azərbaycanın rayonlarına dolu düşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyulun 1-də respublikanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22, gündüz 25-29 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə olacaq.

Departamentin məlumatına görə, iyulun ilk günlərində güclü şimal-qərb küləyinin əsəcəyi, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında davamlı xəzri küləyinin gətirdiyi sərinlik meteohəssas insanlar üçün əlverişli olsa da, iyulun 1-də gündüz küləyin daha güclü olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbər lenti

Xəbər lenti