...

Azərbaycan Beynəlxalq Geodeziya və Geofizika İttifaqının daimi üzvü oldu

Cəmiyyət Materials 1 İyul 2011 15:32 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Geodeziya və Geofizika İttifaqının (BGGİ) daimi üzvü seçilib.
Azərbaycan Beynəlxalq Geodeziya və Geofizika İttifaqının daimi üzvü oldu

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Azərbaycan Beynəlxalq Geodeziya və Geofizika İttifaqının (BGGİ) daimi üzvü seçilib. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidmətindən bildirilib.

Azərbaycanın üzvlüyü İttifaqın Avstraliyanın Melburn şəhərində keçirilən 25-ci Baş Assambleyasında 28 ölkənin yekdilliklə səs verməsi ilə təsdiq olunub.

Azərbaycan indiyədək İttifaqın tam hüquqlu üzvü olmadığına görə təşkilatın tədbirlərində iştirakı məhdud idi və səsvermə hüququna malik deyildi.

"Yer təhlükə ilə üz-üzə: Dayanıqlı planet naminə elm" mövzusunda keçirilən toplantıda Azərbaycanı AMEA nəzdində təsis edilmiş Azərbaycan Milli Geodeziya və Geofizika Komitəsinin (AMGGK) baş katibi, Geologiya İnstitutunun geodinamika və seysmologiya şöbəsinin aparıcı elmi işçisi Qulam Babayev təmsil edir.

Babayev iyulun 7-nə qədər davam edəcək tədbirin "Gənc Alimlər: tədqiqatlar və nəticələr" adlı bölməsində "Geologiya İnstitutunun və Azərbaycan Milli Məlumat Mərkəzinin məlumat bazasının əsasında Azərbaycanda seysmik monitorinq" adlı məruzə ilə çıxış edib.

Geologiya İnstitutunun məlumatına görə, Babayevin və Geologiya İnstitutunun geodinamika və seysmologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü professor Fəxrəddin Qədirovun birgə hazırladıqları məruzə böyük maraqla qarşılanıb.

Xəbər lenti

Xəbər lenti