...

Azərbaycanlı akrobatlar Rusiyadakı turnirin gümüş mükafatçıları olublar

Cəmiyyət Materials 24 Avqust 2011 13:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 avqust /Trend/

Azərbaycanlı akrobatlar Rusiyanın Yaroslavl vilayətində keçirilən beynəlxalq "Volkov Kuboku" turnirində iki gümüş medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ilk gümüşü Aynur Hüseynova - Nərmin Ramazanova qazanıb. İlk iki balanslı və sürətli tapşırıqdan sonra duetimiz təsnifatda ikinci yeri əminliklə tutub. Finalda da Aynur və Nərmin qarışıq kombinasiyalarda ikinci yeri tutaraq yalnız rusiyalı akrobatlardan geri qalıblar.

Murad Məmmədov və Murad Kərimov cütlüyü də Bakıya gümüş medalla qayıdıb. Burada da qaliblər yenə rusiyalı idmançılar olublar, üçüncü yeri moldavanlar tutublar.

Oktyabrın sonunda Varnada (Bolqarıstan) Avropa çempionatı keçiriləcək. Murad Məmmədov və Murad Kərimov dueti həmin çempionatda iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti