...

Bakıda inzibati məhkəmələrlə bağlı beynəlxalq seminar keçiriləcək

Cəmiyyət Materials 20 Sentyabr 2011 16:17 (UTC +04:00)
Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibi Nadir Adilov Trend-ə bildirib ki, sentyabrın 27-28-də "Ədalət mühakiməsinin müasir aktual problemləri - İnzibati ədalət mühakiməsi: təcrübə və problemlər" adlı beynəlxalq seminar keçiriləcək.
Bakıda inzibati məhkəmələrlə bağlı beynəlxalq seminar keçiriləcək

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda inzibati məhkəmələrlə bağlı beynəlxalq seminar keçiriləcək.

Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibi Nadir Adilov Trend-ə bildirib ki, sentyabrın 27-28-də "Ədalət mühakiməsinin müasir aktual problemləri - İnzibati ədalət mühakiməsi: təcrübə və problemlər" adlı beynəlxalq seminar keçiriləcək.

Tədbir Azərbaycan Hüquqşünasları Konfederasiyasının Məhkəmə-Hüquq Şurası, Beynəlxalq Hüquqşünaslar İttifaqı, Almaniya Federal Ali Məhkəməsinin Hakimlər və prokurorlar assosiasiyası, Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu, Amerika Hüquqşünaslar Assosiasiyasının Bakı ofisi (ABA ROLI) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlığı çərçivəsində təşkil olunacaq.

Konfederasiyanın sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Almaniya Federal Ali Məhkəməsinin vitse prezidenti Volfanq Şlik, Beynəlxalq Hüquqşünaslar İttifaqının sədri Trebkov Andrey Adamoviç, Məhkəmə Hüquq Şurasının üzvü, Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi Azər Cəfərov seminarda açılış nitqi ilə çıxış edəcəklər.

Seminarın keçirilməsində məqsəd inzibati məhkəmələr sahəsində milli və beynəlxalq təcrübənin bölüşməsi və ədalət mühakiməsinin aktual problemlərini müzakirə etməkdir.

Seminarda "Hüququn aliliyi üzrə Bakı Forumu"nun 2012-ci ildə keçirlməsi məsələləsi də müzakirə olunacaq.

Keçiriləcək beynəlxalq seminarda Almaniya Ali Məhkəməsinin hakimləri və prokurorları, Qazaxıstan və Rusiyanın Ali məhkəmələrinin, Ukrayna Ali İnzibati Məhkəməsinin, Moskva Arbitraj Məhkəməsinin hakimləri, Belarus Respublikasının Ali Məhkəməsinin sədri iştirak edəcək.

Seminara Müstəqil Dövlətlər Biriliyindən bir çox tanınmış hüquqşünaslar da qatılacaq.

Beynəlxalq seminarda xarici və yerli hakimlər də daxil olmaqla, ümumilikdə 80 hüquqşünas iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti