...

İranın Ərdəbil-Xalxal magistralında qar çovğunu nəticəsində 650 nəfər yolda qalıb

Cəmiyyət Materials 10 Noyabr 2011 12:58 (UTC +04:00)
İranın Ərdəbil-Xalxal magistralında qar çovğunu nəticəsində 650 nəfər yolda qalıb. Bunu İranın Qırmızı Aypara Təşkilatının mətbuat xidmətinin rəhbəri Hüseyn Derəxşan deyib.
İranın Ərdəbil-Xalxal magistralında qar çovğunu nəticəsində 650 nəfər yolda qalıb

Azərbaycan, Bakı, 10 noyabr / Trend müxbir T.Cəfərov/

İranın Ərdəbil-Xalxal magistralında qar çovğunu nəticəsində 650 nəfər yolda qalıb. Bunu İranın Qırmızı Aypara Təşkilatının mətbuat xidmətinin rəhbəri Hüseyn Derəxşan deyib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Onun sözlərinə görə, indiyə qədər qar çovğunu nəticəsində yolda qalan şəxslərdən 148 nəfərinə yardım göstərilib.

"Onlara isti ədyal, çorək, xurma və konservlər paylanılıb", - Derəxşan deyib.

Məlumata əsasən, qar çovğunu nəticəsində İranın Şərqi Azərbaycan, Gilan, Tehran və Əlborz əyalətlərində də yolda qalanlar var. Bununla yanaşı, həmin əyalətlərdə bəzi magistral yollarda hərəkət dayandırılıb.

Xəbər lenti

Xəbər lenti