...

Güləş üzrə Avropa Millətlər Kubokunda Azərbaycan-Rusiya finalı

Cəmiyyət Materials 12 Noyabr 2011 15:23 (UTC +04:00)
Moskvada keçirilən Avropa Millətlər Kuboku turnirində Azərbaycanın hər iki yığma komandası finala yüksəlib.
Güləş üzrə Avropa Millətlər Kubokunda Azərbaycan-Rusiya finalı

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir B.Hacıyev/

Moskvada keçirilən Avropa Millətlər Kuboku turnirində Azərbaycanın hər iki yığma komandası finala yüksəlib. Rəqib Rusiya güləşçiləri olacaq.

Azərbaycan Güləş Federasiyasından şənbə günü Trend-ə verilən məlumata görə, hər iki yığma komandamız qrupda birinci yeri tutaraq finala yüksəlib. Finalda rəqib digər qrupun qalibi Rusiya yığması olacaq. Final görüşləri noyabrın 13-də keçiriləcək.

Sərbəst güləş - A qrupu

Azərbaycan - Bolqarıstan 7-0
Azərbaycan - Belarus 6-1

Yunan-Roma güləşi - B qrupu

Azərbaycan - Ukrayna 7-0
Azərbaycan - Bolqarıstan 4-3

Xəbər lenti

Xəbər lenti