...

Şeyxülislam Allahşükür Paşazadə Ermənistana gedib

Cəmiyyət Materials 28 Noyabr 2011 10:50 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bazar ertəsi MDB Dinlərarası Şurasının Rəyasət Heyətinin iclasında iştirak etmək üçün Ermənistana gedib.
Şeyxülislam Allahşükür Paşazadə Ermənistana gedib

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bazar ertəsi MDB Dinlərarası Şurasının Rəyasət Heyətinin iclasında iştirak etmək üçün Ermənistana gedib. Trend-in məlumatına görə, bu barədə "Mediamaks" agentliyi xəbər verir.

Rəyasət Heyətinin iclası noyabrın 28-29-da Yerevanda keçiriləcək.

Yerevandakı iclas çərçivəsində Allahşüküür Paşazadənin, Moskva və bütün Rusiyanın patriarxı Kirilin katolikos İkinci Qareginlə növbəti üçtərəfli görüşünün keçiriləcəyi gözlənilir. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq.

MDB Dinlərarası Şurası 2004-cü il martın 3-də yaradılıb və Birliyin ənənvi dini birlikləri tərəfindən yaradılan ictimai təşkilatdır.

Dinlərarası sülhyaratma forumu çərçivəsində keçirilən Şuranın Rəyasət Heyətinin iclası üç ildə bir dəfədən az olmayaraq çağıırlır. İclaslar arasındakı dövrlərdə Şuranın fəaliyyətinin idarə olunmasını onun İcraiyyə Komitəsi həyata keçirir.

Xəbər lenti

Xəbər lenti