...

Azərbaycanda nikah bağlamaq istəyənlər elektron qaydada müraciət edə bilərlər

Cəmiyyət Materials 28 Noyabr 2011 16:19 (UTC +04:00)
Azərbaycanda nikah bağlamaq istəyənlər Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı orqanına elektron qaydada müraciət edə bilərlər.
Azərbaycanda nikah bağlamaq istəyənlər elektron qaydada müraciət edə bilərlər

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda nikah bağlamaq istəyənlər Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı orqanına elektron qaydada müraciət edə bilərlər.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, nikah bağlamaq istəyən şəxslər nazirliyin internet saytında (www.justice.gov.az) Elektron xidmətlər bölməsində elektron xidmətlər portalına daxil olmalıdılar.

Həmin portalda Vətəndaşlıq vəziyyəti bölməsinə girib Nikahın bağlanması üçün elektron müraciəti doldurmalıdırlar.

Portal vasitəsilə vətəndaşlıq vəziyyəti orqanlarının dövlət qeydiyyatı ilə bağlı tələb olunan sənədlər, rüsumlar, qeydiyyat orqanlarının ünvanları, telefon nömrələri, qeydiyyat orqanlarına elektron qaydada qəbula yazılış, adların seçimi, adlar haqqında məlumat, ən populyar adlar və onların statistikası barədə məlumatlar da əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti