...

Zoologiya və Botanika institutlarına yeni direktorlar təyin edildi

Cəmiyyət Materials 6 Dekabr 2011 16:34 (UTC +04:00)
Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə Zoologiya və Botanika institutlarına yeni direktorlar təyin edilib.
Zoologiya və Botanika institutlarına yeni direktorlar təyin edildi

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə Zoologiya və Botanika institutlarına yeni direktorlar təyin edilib.

Akademiyamın mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, AMEA-nın müxbir üzvü İlham Ələkbərov Zoologiya İnstitutunun, Validə Əlizadə isə AMEA Botanika İnstitutunun direktoru vəzifəsinə təyin edilib. Zoologiya İnstitununun direktoru akademik Musa Musayev və Botanika İnstitutunun direktoru Səlim Musayev vəfat etdiyi üçün hər iki institutun direktor vəzifəsi bir ilə yaxın idi ki, vakant idi.

Bu müddətdə İlham Ələkbərov Zoologiya İnstitutunun, Validə Əlizadə isə Botanika İnstitutunun direktoru əvəzi vəzifəsində çalışıb.

Xəbər lenti

Xəbər lenti