...

Azərbaycan Fars körfəzi ölkələrində keçirilən turizm sərgilərində daha geniş təmsil ediləcək

Cəmiyyət Materials 23 Dekabr 2011 17:44 (UTC +04:00)
Azərbaycan İran körfəzi ölkələrində keçirilən beynəlxalq turizm sərgilərində daha geniş təmsil ediləcək.
Azərbaycan Fars körfəzi ölkələrində keçirilən turizm sərgilərində daha geniş təmsil ediləcək

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Fars körfəzi ölkələrində keçirilən beynəlxalq turizm sərgilərində daha geniş təmsil ediləcək. Trend-in cümə günü Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Birləşmiş Ərəb Əmirliklərinin "Atlantis Holidays" şirkətinin rəhbəri Raşid Al Nuri arasında keçirilən görüş zamanı razılıq əldə edilib.

Görüş zamanı Azərbaycana Fars körfəzi ölkələrindən turist axınının artırılması imkanları müzakirə edilib. Eyni zamanda, Azərbaycanın turizm potensialının İran körfəzi ölkələrində təbliğat mövzusu diqqət mərkəzində olub, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sifariş edilən bələdçi kitablarının ərəb dilli ölkələrdə daha geniş yayılmasına dair danışıqlar aparılıb.

Görüşdə qeyd edilib ki, 2012-ci ilin yanvar ayında Mədəniyyət və Turizm Nazirliyi və "Atlantis Holidays" şirkəti arasında fəaliyyət planının hazırlanması və imzalanması, fevral ayında isə həmin fəaliyyət planının geniş təqdimatının keçirilməsi nəzərdə tutulur.

Cari ilin aprel ayının 28-də Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası və "Atlantis Holidays" MMC arasında körfəz ölkələrində Azərbaycanın turizm potensialını təbliğ etmək və bazar əlaqələrində iştirakının istiqamətləndirilməsi məqsədilə müqavilə imzalanıb.

Xəbər lenti

Xəbər lenti