...

"Eurosport" kanalında Azərbaycan haqqında təbliğat kampaniyasının aparılması müzakirə edilib

Cəmiyyət Materials 18 Yanvar 2012 09:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar / Trend müxbir İ.İsabalayeva/

Avropanın "Eurosport" telekanalında Azərbaycan haqqında təşviqat-təbliğat kampaniyasının aparılması məsələsi müzakirə edilib.

Trend-in çərşənbə günü Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu məsələ mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə Avropanın məşhur "Eurosport" televiziya kanalının nümayəndələrinin görüşündə müzakirə edilib.

Görüş zamanı əsasən 2012-ci ilin birinci yarısında "Eurosport" telekanalında Azərbaycan haqqında təşviqat-təbliğat kampaniyasının aparılması, reklam çarxlarının yayımlanması, 2012-ci ilin ikinci yarısında təşkil ediləcək təşviqat kampaniyası, Avropada Azərbaycan haqqında məlumatlılığın daha da artırılması, turizm potensialının geniş kütləyə çatdırılması, habelə digər məsələlərə toxunulub.

"Eurosport" Avropanın kanalları arasında yayımlanma və izləyici kütləsinə görə ilk yerlərdən birini tutur. Keçirilmiş sorğulara əsasən digər kanallarla müqayisədə "Eurosport" müxtəlif peşəyə malik olan insanlar arasında sevildiyinə və izlənmə rekordlarına görə fərqlənir.

Xəbər lenti

Xəbər lenti