...

Azərbaycanda uşaq evləri və məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyindən çıxarılıb

Cəmiyyət Materials 5 Mart 2012 16:59 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edib.
Azərbaycanda uşaq evləri və məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyindən çıxarılıb

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edib.

Nazirlər Kabinetindən bazar ertəsi Trend-ə verilən məlumata görə, uşaq evləri və məktəbəqədər təhsil müəssisələri nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısından çıxarılıb.

Qərarın verilməsində məqsəd "Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə" Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1941 nömrəli sərəncamının 2.2-ci bəndinin icrasını təmin etməkdir.

Xəbər lenti

Xəbər lenti