...

Bakıda daha bir mərkəzi yol bağlanacaq

Cəmiyyət Materials 12 Aprel 2012 10:36 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təşkili şöbəsinin rəisi Vasif İslamov Trend-ə bildirib ki, yeni su xəttinin çəkilişi ilə əlaqədar olaraq Azadlıq prospektinin Dilarə Əliyeva küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək yol mərhələlərlə bağlanacaq.
Bakıda daha bir mərkəzi yol bağlanacaq

Azərbaycan, Bakı, 12 aprel / Trend müxbir K.Zərbalıyeva/

Bakıda daha bir mərkəzi yol bağlanacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təşkili şöbəsinin rəisi Vasif İslamov Trend-ə bildirib ki, yeni su xəttinin çəkilişi ilə əlaqədar olaraq Azadlıq prospektinin Dilarə Əliyeva küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsinə qədər yol mərhələlərlə bağlanacaq.

İslamov bildirib ki, həmin yolda su xətləri yolun ortasından keçdiyi üçün ilkin olaraq prospektin Süleyman Rüstəm küçəsi ilə kəsişməsinədək olan hissəsi bağlanacaq və təmir-tikinti işləri başa çatandan sonra Süleyman Rüstəm küçəsindən Rəşid Behbudov küçəsinə qədər olan hissəsində təmir işləri davam etdiriləcək.

Qeyd edək ki, hazırda Azadlıq prospektinin Dilarə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir-tikinti işləri yekunlaşmaq üzrədir və bu ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti