...

Azərbaycan Ümümdünya Turizm Təşkilatı ilə birgə layihə həyata keçirəcək

Cəmiyyət Materials 12 Aprel 2012 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.İsabalayeva/

Bakıda cümə axşamı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Ümümdünya Turizm Təşkilatı arasında birgə layihənin həyata keçirilməsi üzrə saziş imzalanıb.

Trend-in məlumatına görə, sənədin imzalanması mərasimində çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu sazişə uyğun olaraq, "İpək yolu"nun dadı" layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində bu il sentyabrın 6-7-də Bakıda qastronomiya, mədəniyyət və turizm üzrə beynəlxalq konfrans keçiriləcək.

Nazir deyib ki, Azərbaycan 2001-ci ildən ÜTT-nin üzvü olsa da, bu, həmin təşkilatla birgə keçirilən ilk layihədir.

Qarayevin fikrincə, bu layihə Azərbaycanın turizm potensialını təbliğ etməyə geniş imkan verəcək.

ÜTT-nin şöbə müdiri Alla Peresolova isə Azərbaycanla əməkdaşlıqdan məmnun qaldığını deyib. Peresolova bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti