...

Azərbaycan "Metsamor"da aparılan yoxlamalarla bağlı hesabatları istəyir

Cəmiyyət Materials 24 Aprel 2012 12:42 (UTC +04:00)
Ermənistanda fəaliyyət göstərən "Metsamor" AES-də il ərzində dəfələrlə yoxlamalar aparılsa da, həmin yoxlamaların nəticələri barədə hesabatlar Azərbaycana təqdim olunmur.
Azərbaycan "Metsamor"da aparılan yoxlamalarla bağlı hesabatları istəyir

Azərbaycan, Bakı, 24 aprel / Trend müxbir İ.İsabalayeva/

Ermənistanda fəaliyyət göstərən "Metsamor" AES-də il ərzində dəfələrlə yoxlamalar aparılsa da, həmin yoxlamaların nəticələri barədə hesabatlar Azərbaycana təqdim olunmur. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hesabatların Azərbaycana təqdim olunması üçün dəfələrlə müraciət edilib. Amma hesabatlar təqdim olunmadığından orada AES-in fəaliyyəti ilə bağlı nələrin yazıldığı Azərbaycana bəlli deyil.

Kərimov deyib ki, Azərbaycan bütün mötəbər tribunalardan "Metsamor" AES-in region üçün təhlükə olduğunu elan edib. Onun sözlərinə görə, bu stansiya tamamilə köhnəlib və bugünkü standartlara cavab vermir.

"Bununla bağlı Avropa İttifaqının da qərarları var. Avropa Komissiyası da bu AES-in fəaliyyətinin dayandırılmasını tələb edir. Lakin hələlik Ermənistan bu qərarlara elə də əhəmiyyət vermir", - AMEA prezidenti əlavə edib.

Kərimov deyib ki, bütün bunların əksinə olaraq, Ermənistan AES-in fəaliyyətini daha da modernləşdirir, hətta yeni blok tikdirir.

Qeyd edək ki, Ermənistan rəhbərliyi "Metsamor" AES-in istifadə müddətinin daha 4 il uzadılması üçün BAEA-ya müraciət edib. Hazırki lisenziya ilə "Metsamor" AES 2016-cı il sentyabr 1-nə qədər fəaliyyət göstərə bilər.

Xəbər lenti

Xəbər lenti