...

Azərbaycan və Pakistan humanitar layihəyə start verib

Cəmiyyət Materials 1 May 2012 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may / Trend, müxbir E.Tariverdiyeva /

Azərbaycan və Pakistan birgə humanitar və xeyriyyə layihəsinə start verib. Layihənin reallaşdırılması üçün "Seyfullah" Davamlı İnkişaf Fondu 4 milyon rupi ianə verib. Layihə Pakistan əhalisinin yoxsul təbəqələrinə tibbi və digər xidmətlərin göstərilməsinə yönəlib. Trend-in məlumatına görə, bu barədə "Pakobserver" qəzetinin saytı xəbər verir.

Aprelin 30-da layihənin başlanması üzrə tədbirdə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bəyan edib ki, bu hadisə iki ölkə arasında möhkəm qardaşlıq əlaqələrinin mövcudluğunu təsdiqləyir və Hayber-Paxtunxva əyalətində sakinlərin həyatının yaxşılaşdırılması üzrə öhdəliklərin yerinə yetirilməsi deməkdir.
"Bu, bizim Pakistandakı qardaşlarımız üçün böyük ianələrin başlanğıcıdır", - o deyib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva başda olmaqla, Heydər Əliyev Fondu "Seyfullah" Davamlı İnkişaf Fondu və "Kulsum International Hospital" tərəfindən bu layihədə tərəfdaş kimi seçilib.

Şikarov qeyd edib ki, Azərbaycan hökuməti və xalqı Pakistana xüsusi sevgi və hörmət bəsləyir. Onun sözlərinə görə, Pakistanda yaxın vaxtlarda vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilən daha böyük layihələrin həyata keçirilməsinə başlanacaq.

Xəbər lenti

Xəbər lenti